Ayətullah Seyyid Əli Xamenei dünyasını dəyişən Seyyid Qorqaniyə rəhmət diləyib, ailəsinə başsağlığı bildirib. Bu barədə az.shafaqna xəbər verib.
Seyyid Xamenei bağsağlığı mesajında belə qeyd edib:
“Böyük mərcə Ayətullah Əl-Üzma Seyid Ələvi Qorqaninin vəfatı münasibətilə Qum Elmi Hövzəsinə, tələbələrə, yaxınları və qohumlarına, xüsusilə əziz övladlarına başsağlığı verirəm. Bu müəzzəm təqlid mərcəsi İnqilabın müxtəlif məsələləri və ölkə məsələlərində həmişə sədaqətlə xalqın yanında olub və nizama dəstək verib. İslam İnqilabının ülvi dəyərlərinin yüksəlişi istiqamətində dəyərli xidmətlər göstərib ki, bu da İlahi lütf və rəhmətə səbəb olacaq”.
Martın 15-də böyük müctəhidlərdən olan 82 yaşlı Ayətullah Ələvi Qorqani ürək çatışmazlığı səbəbindən vəfat edib.