Hindistanın Karnataka əyalətində 4000-dən çox müsəlman tələbə imtahan binalarını tərk edib. Bu barədə martın 16-sı Shiawaves xəbər verib.
Bununla tələbələr martın 15-i ölkənin Ali Məhkəməsinin tədris ocaqlarında hicabın qadağan olunmasını təsdiqləməsinə etirazlarını bildiriblər.
Hindistan xəbər saytları isə imtahanda iştirak etməyən qız və oğlan tələbələrin sayını 400 kimi qeyd edirlər.
Hindistanın cənubunda yerləşən Karnataka əyalətində daxili işlər naziri Araqa Qnanindra tədris ocaqlarında hicabın qadağan olunmasını açıqlayıb. Bu qərara əsasən, müsəlman qız tələbələr artıq hicabla məktəb və universitetlərə daxil ola bilməzlər.