Britaniya Xarici İşlər Nazirliyinin Asiya və Yaxın Şərq üzrə naziri Amanda Millinq Səudiyyə Ərəbistanında baş verən hadisəyə etirazını bildirib. Bu barədə martın 17-si Shiawaves xəbər verib.

“81 nəfərin edam edilməsi bizi şoka saldı. Biz səudiyyəli həmkarlarımıza Britaniyanın narahatlıqlarını nazirlik və diplomatik kanallarımız vasitəsilə bildirməyə davam edəcəyik. Biz bu işlərin təfərrüatları ilə bağlı əlavə aydınlıq gətirilməsini xahiş edirik”,- deyə Millinq bildirib.

Böyük Britaniyanın baş naziri Boris Consonun sözçüsü qeyd edib ki, London son edamlarla bağlı Səudiyyə Ərəbistanı ilə danışmaq niyyətindədir. “Böyük Britaniya prinsip etibarilə istənilən ölkədə bütün şəraitdə ölüm hökmünün əleyhinədir. Biz mütəmadi olaraq Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələrlə insan haqları məsələlərini qaldırırıq və şənbə günü icra olunan ölüm hökmlərini məhkəmə ilə qaldıracağıq”, – deyə o bildirib.

Ötən şənbə günü Səudiyyə Ərəbistanı hakimiyyəti əksəriyyəti şiə olan 81 vətəndaşı və sakini edam edib.