Ayətullah əl-Üzma Seyyid Sistani müərcei-təqlid Ayətullah Qorqaninin vəfatı ilə bağlı alimin oğluna başsağlığı ünvanlayıb. Bu barədə martın 17-də shafaqna xəbər verib.
Seyyid Əli başsağlığında bildirib:
“Bismillahir Rəhmanir Rəhim.
Allahdan gəlmişik, Ona doğru qayıdacağıq.
Cənab, Höccətülislam vəl muslimin Seyyid Ələvi Məhəmməd Qorqani, Allahın salamı və bərəkəti olsun sizin üzərinizə.
Ayətullah Əl Üzma Seyid Ələvi Qorqaninin vəfatı münasibətilə sizə, qardaşlarınıza və qohumlarınıza, həmçinin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah Təaladan mərhuma ali dərəcələr istəyir, bütün yaxınlarına səbr və əcr arzu edirəm.
Allahdan başqa heç bir güc və qüvvə yoxdur”.
Martın 15-də böyük müctəhidlərdən olan 82 yaşlı Ayətullah Ələvi Qorqani ürək çatışmazlığı səbəbindən vəfat edib.