Ümumdünya Əhli Beyt Assambleyası Səudiyyə Ərəbistanında müsəlmanların edamını tənqid edib. Assambleya üzvləri baş verənlərə reaksiya verərək bəyanatla çıxış ediblər. Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Bəyanatda bildirilib ki, sözügedən qətliamın mahiyyəti öz hökumətini xilas etmək üçün istənilən addımı atmağa hazır olan qatillərin vəhşi amansızlığına işarə edir. Assambleya üzvləri hesab edir ki, Əs-Səud hakimiyyəti bu yolla şiələrə qarşı öz nifrətini nümayiş etdirir.

Ötən həftənin şənbə günü, martın 12-si Səudiyyə Ərəbistanında kütləvi edam keçirilib. Belə ki, bir gündə 81 nəfər edam edilib, onların arasında 73 şiə müsəlmanı olub.