Martın 15-i Hindistanın Ali Məhkəməsi Karnataka əyalətində tədris ocaqlarında hicabın qadağan olunmasını təsdiqləyib. Bu barədə Shiawaves xəbər verib.
Əlavə olaraq, Karnataka əyalətinin paytaxtı Banqalorda ictimai asayişi qorumaq üçün bir həftə ərzində böyük toplantıların keçirilməsi qadağan edilib.
Hindistanın cənubunda yerləşən Karnataka əyalətində daxili işlər naziri Araqa Qnanindra tədris ocaqlarında hicabın qadağan olunmasını açıqlayıb. Bu qərara əsasən, müsəlman qız tələbələr artıq hicabla məktəb və universitetlərə daxil ola bilməzlər. Qərar müsəlmanların etirazına səbəb olub.