Bədəninə donuz ürəyi köçürülən şəxs martın 8-də dünyasını dəyişib. Bu barədə islamnews xəbər verib.

Məlumata görə, həkimlər əməliyyatdan sonra 57 yaşlı David Bennetin yaşayacağına ümid edirdilər. Hətta əməliyyatın uğurla keçirildiyi də bildirilib. Buna baxmayaraq, xəstə dünyasını dəyişdi.

David Bennet tarixdə ilk şəxsdir ki, ona donuz ürəyi transplantatsiya edilib. Donuz ürəyi Davidə yanvarın 7-də köçürülüb. Buna səbəb isə ötən ilin oktyabrında onun orqanizmində infeksiya yayılmasına görə xəstəxanaya yerləşdirilməsi olub. Xəstənin səhhətinin pisləşməsinə görə ona insan ürəyinin köçürülməsi məqbul hesab edilməyib.