Birləşmiş Millətlər Təşkilatı martın 15-ni islamofobiya ilə mübarizə günü elan edib. Bu barədə Lefigaro xəbər verib.

Bu təklif Pakistan tərəfindən irəli sürülüb və Baş Assambleyanın 193 üzvü tərəfindən konsensusla qəbul olunub.

Qətnaməyə əsasən, insanlara dininə və ya əqidəsinə görə zorakılıq və onların ibadət yerlərinə qarşı zorakılıq hərəkətləri, beynəlxalq hüquq normalarının pozulmasına səbəb olan hər cür hücumlar kəskin şəkildə pislənir.

Sənəd BMT-nin üzv dövlətlərini islamofobiya ilə mübarizə üçün beynəlxalq səviyyədə tədbirlər keçirməyə çağırır.

2019-cu ilinin mart ayının 15-i Yeni Zelandiyada iki məscidə hücum edilib, 50-dən çox müsəlman qətlə yetirilib. BMT bu hadisədən iki il sonra həmin günü islamofobiya ilə mübarizə günü kimi elan edib.