Ötən həftənin şənbə günü, martın 12-si Səudiyyə Ərəbistanında kütləvi edam keçirilib. Bu barədə martın 15-i Shiawaves xəbər verib.

Belə ki, bir gündə 81 nəfər edam edilib, onların arasında 73 şiə müsəlmanı olub.

Avropa-Səudiyyə İnsan Haqları Təşkilatının rəhbəri Əli Əl-Adbousi bu edamların ədalətə zidd olduğunu, bu adamların bəzilərinin işgəncələrə məruz qaldığını və məhkəmələrin əksəriyyətinin gizli şəkildə aparıldığını bildirib.

Britaniyanın Daily Mail qəzetinin məlumatına görə, daha öncə ən böyük kütləvi edam 1980-ci ildə həyata keçirilib. O zaman edam olunanların sayı 63 nəfər təşkil edib. 2021-ci il ərzində ümumi edam edilənlərin sayı isə 69 nəfərdir.