Məkkə məscidinin baş imamı Əbdülrəhman Əs-Sudeys Səudiyyə Ərəbistanının Əl-İxbariyyə telekanalında çıxışı zamanı ölkədə həyata keçirilmiş kütləvi edamlar haqqında münasibətini bildirib. Bu barədə İslamnews xəbər verib.

Bu ümidverici xəbərdir və möminlərin qəlbləri üçün şəfadır. Məqsəd müsəlmanları birləşdirmək, təfriqə və ixtilaf yaradan səbəblərin aradan qaldırılmasına yönəlmiş şəriətin həyata keçirilməsidir.

İntiqam insanların təhlükəsizliyinə və hüquqlarına qəsd edən, ölkənin və onun sakinlərinin maraqlarına təhlükə yaradan dağıdıcı və təhrif olunmuş təlimləri məğlub etmək üçün nəzərdə tutulub”, – deyə Əs-Sudeys bildirib.

Ötən həftənin şənbə günü, martın 12-si Səudiyyə Ərəbistanında kütləvi edam keçirilib, 81 nəfər edam edilib, onların arasında 73 şiə müsəlmanı olub.