Martın 15-də böyük mərcei-təqlidlərdən olan 82 yaşlı Ayətullah Ələvi Qorqani ürək çatışmazlığı səbəbindən vəfat edib. Bu barədə entekhab xəbər verib.

Məlumata görə, ötən cümə gecəsi Ələvi Qorqani tənəffüs çatışmazlığı və infeksiya səbəbindən həkimlər tərəfindən Qum şəhərindəki xəstəxanaya yerləşdirilmişdir.

Ayətullah Qorqaninin oğlunun sözlərinə görə, ötən gecə alimin qan təzyiqi və ürək döyüntüsü aşağı düşüb, lakin həkimlərin yardımından sonra onun vəziyyəti stabilləşib.