Ayətullah Məhəmməd-Cavad Fazil Lənkərani Səudiyyə Krallığında kütləvi edamlara münasibət bildirib. Bu barədə 14 mart tarixində İSNA xəbər verib.

“Səudiyyə Ərəbistanında baş vermiş bu dəhşətli cinayətin çox təsiredici xəbəri bizim hamımızın qəlbini ağrıtdı və bizi kədərləndirdi. Çünki bir gündə çoxlu dəyərli, elmi və qeyri-elmi simaların boynu vuruldu. Onların arasında həbs edilən zaman həddi-buluğa çatmamış, lakin edam zamanı yetkinlik yaşına çatmış gənclər də olub”,- deyə fəqih qeyd edib.

“Bu cinayəti görəndə insan onların necə daşürəkli olduqları haqda düşünür. Onlar hansı məqsədlə bu işi görürlər?!”, – deyə alim əlavə edib.

Ayətullah Lənkərani edamdan bir neçə gün əvvəl ailəsi ilə danışan şəhidlərin birinin səsini eşitdiyini danışdı. Onun sözlərinə görə, həmin şəhid ailəsinə təsəlli verərək başının kəsildiyi an İmam Hüseynin (ə.s) fəryadını yad edəcəyini deyib.

Fazil Lənkərani bütün bu edamları pisləyərək  şəhidlərin ailələrinə başsağlığı diləyib.

Ötən həftənin şənbə günü Səudiyyə Ərəbistanında 81 nəfər edam olunub, onların arasında 73 nəfər şiə müsəlmanı olub.