Şaban ayının bayramlarından biri olan məsum İmamların (ə.s) sonuncusu İmam Mehdinin (ə.f) mövlud günü (15 şaban/18 mart) və Novruz bayramı münasibətilə Həzrət Rzanın (ə.s) hərəminin günbəzi yuyulur. Bu barədə hərəmin mətbuat xidməti xəbər verir.

Məlumata görə, ziyarətgahın qızıl günbəzi texniki və ekspert ustalar tərəfindən təxminən 10 gün ərzində təmizlənir.

İmam Rzanın (ə.s) hərəminin qızıl günbəzinin hündürlüyü 35 metr təşkil edir və ildə 3-4 dəfə təmizlənir.