Bu ilin ramazan ayında dünyada yaşayan fəqir və ehtiyaclılara 1 milyard dollarlıq yemək paylanacaq. Bu barədə martın 11-də İQNA xəbər verib.

Xeyriyyə aksiyası Birləşmiş Ərəb Əmirliklərinin hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Əl-Məktumun təşəbbüsü ilə həyata keçiriləcək. Məlumata görə, aksiya ramazan ayında (2 aprel) başlanacaq və yeməklər paylanıb bitənə qədər davam edəcək.

Birləşmiş Millətlər Təşkilatının statistikasına əsasən, hazırda dünyada 700 milyondan çox fəqir və yoxsul insan yaşayır.