Səudiyyə Ərəbistanında müqəddəs ziyarətgahların zəvvarları üçün vaksinasiya tələbi ləğv edilib. Bu barədə martın 11-də shafaqna xəbər verib.
Məlumata görə, COVID-19-a aid bir sıra tələblərin ləğvi ölkədə karantin tədbirlərinin yumuşalması ilə əlaqəlidir.
Bundan öncə, Səudiyyə Ərəbistanında PCR testi, Məscidul-Həram və Məscidun-Nəbi məscidlərində ibadət etmək üçün öncədən icazə almaq və açıq havada maska tələbi ləğv edilib.