“Yox deyən Hüseyn” (Hussein, who said no) adlı film artıq onlayn platformalarda mövcuddur. Bu barədə martın 10-u İQNA xəbər verib.

Film ərəb, fars və fransız dillərində yayımlanır. İngilis dili daxil olmaqla 10 müxtəlif dillərdə subtitrlər mövcuddur. Bu əsəri Helalchannel və Vimeo platformalarında izləmək mümkundur.

“Yox deyən Hüseyn” filminin prodüseri Əhməd Rza Dərvişdir. Onun əsəri 2014-cü ildə İranda keçirilən 32-ci Fəcr Film Festivalında 9 mükafat alıb, lakin kinoteatrlarda nümayiş olunmayıb.