Martın 11-i Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikləri təsdiqləyib. Bu barədə dövlət rəhbərinin mətbuat xidməti məlumat verib.
Qanun layihəsi fevralın 25-də Milli Məclisin III oxunuşunda qəbul edilib.
Yeni qanuna əsasən, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə veriləcək. İnsanlar könüllü şəkildə nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə ianələr üçün müraciət edə bilərlər.