Martın 10-da “Dinlər sülh uğrunda” Beynəlxalq Təşkilatının sədri xanım Azza Karam Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə onlayn görüş keçirib. Bu barədə Apa xəbər verib.

Görüşdə Azza Karam Allahşükür Paşazadəni beynəlxalq qurumun Qəyyumlar şurasına üzv qəbul edəcəyini bildirib. O, həmçinin Şeyxülislamın Azərbaycana dəvətini qəbul edib.