Pakistanda ölkənin baş naziri İmran Xanın iştirakı ilə “Aləmlərə Rəhmət” mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə 9 mart tarixində İQNA xəbər verib.
Baş nazir Pakistanda əxlaqi problemlərin artması səbəbini İslamdan uzaqlıq və dindən az məlumatın olması kimi qeyd edib. Bildirilib ki, bu mərkəz Pakistanın cəmiyyətdə cinayətlərin və sosial əxlaqi problemlərin azadılması məqsədilə yaradılıb. Mərkəzin vəzifəsi, həmçinin beynəlxalq ictimaiyyətə dini izah etməkdir.
“Aləmlərə Rəhmət” Milli Mərkəzi 2021-ci ildə İmran Xan tərəfindən təsis edilib. Bu Mərkəz İslami təhsil və ilhamverici akademik araşdırmalara təşviq etmək üçün yaradılıb.