Səudiyyə Ərəbistanında koronavirus pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin ləğvindən sonra iki müqəddəs məscidin fəaliyyətinin normallaşdırılması davam edir. Bu barədə martın 9-da arabnews xəbər verib.

Məlumata görə, ümrə ziyarətinə gələn xarici zəvvarlar üçün tərcüməçilər öz fəaliyyətlərini bərpa edəcək. Artıq ziyarətçilər özləri üçün ödənişli əsaslarla tərcüməçi xidmətlərindən istifadə edə biləcəklər.

Bildirilib ki, ümrə ziyarətinə ən çox zəvvar ramazan ayında gəlir. Bu səbəbdən artıq yüzlərlə zəvvar ramazan ayı üçün Ümrə ziyarətinə yerləri rezerv edib.

Bundan əlavə, artıq Səudiyyə Ərəbistanına daxil olmaq üçün PCR testinin nəticələrini təqdim etmək tələbi ləğv olunub.