Bu gün, martın 10-u Mədəniyyət naziri Anar Kərimov Lənkərana səfər edib. Nazir şəhərin mərkəzi ibadətgahlarından olan Böyük Bazar məscidini ziyarət edib. Bu barədə Report xəbər verib.

Anar Kərimov məscidin vəziyyətinə baxış keçirib, daha sonra isə yaxınlıqda olan Hacı Qurban hamamına baş kəçib.

Böyük Bazar və ya Həzrəti Əli (ə.s) məscidi Lənkəran şəhərin Böyük Bazar məhəlləsində yerləşir. İbadətgah 1864-cü ildə xeyriyyəçi Kərbalayı Qulu, Kərbəlayı Ağaqulu, Hacı Mirağa Mirtağızadə və digər dindarlar tərəfindən inşa edilib.

Məscid 1938-1980-ci illərədə çörək zavodu, 1980-1990-cı illərdə isə rəsm qalereyası kimi istifadə edilirdi. İbadətgah, həmçinin anbar və kitabxana kimi də fəaliyyət göstərib. Buna baxmayaraq onun ilkin görünüşü bu günədək qorunub saxlanılıb.

Məscid 1995-1997-ci illərdə bərpa edilmişdir. İbadətgahın, sovet dövründə dağıdılmış, minarəsi, 1995-ci ildə usta Hacı Ağamirzə Mirzəyev tərəfindən yenidən tikilmişdir.

Lənkəran şəhəri Böyük Bazar məscidi yerli əhəmiyyətli abidə hesab edilir.