Martın 9-da Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 20 nəfər barədə cinayət işi açılıb. Bu barədə Report xəbər verib.

Nazirlər Kabinetinin ötən ilin fəaliyyəti haqqında hesabatına əsasən, 129 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Bundan əlavə, 8 nəfərin həbs edildiyi bildirilib.

Məlumatda qeyd olunub ki, sözügedən şəxslərdə 3 230 ədəd dini ədəbiyyat, 285 ədəd audio və videodisk və bir sıra dini əşyalar aşkar olunaraq götürülüb. Həmçinin həmin şəxslərdə 69 ədəd soyuq silah aşkarlanıb.

Dini etiqad azadlığı haqqında qanunun 21-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.