Martın 8-də Ümumdünya Əhli Beyt Assambleyası Pakistandakı partlayışla bağlı bəyanat yayıb. Bu barədə qurumun saytında məlumat verilib.

Bəyanatın tam mətni:

“Mərhəmətli və Rəhimli Allahın adı ilə,

Həqiqətən, biz hamımız Allaha məxsusuq və şübhəsiz ki, hamımız Ona tərəf qayıdacayıq!

İslam və müsəlmanların düşmənlərinin əlləri bir daha cinayətkar təkfirçi terrorçuların qolundan çıxıb Pakistanın məzlum və günahsız şiələri Pişəvər şəhərində cümə namazı zamanı qətlə yetiriblər. Pakistanın Pişəvər şəhərində İmam məscidinə hücum nəticəsində 60-dan çox adam ölüb, 200-ə yaxın şiə yaralanıb.

Tarix göstərir ki, şiələr heç vaxt xalis İslam və Əhli Beyt (ə.s) məktəbinin göstərişləri əsasında terror aktlarında iştirak etməyiblər.

Pakistandakı İslam alimlərinin və ağsaqqallarının belə hadisələrin qarşısını almaq və səbəbləri aradan qaldırmaq üçün böyük səy göstərəcəklərinə ümid edilir.

Bu gün İslamın əxlaqi və əqli tərəflərinə diqqət yetirmək və müsəlmanların ortaq düşmənləri ilə qarşı-qarşıya gəlmək getdikcə daha zəruri görünür.

Ümumdünya Əhli Beyt Assambleyası bu vəhşi cinayətləri pisləyir və bütün Əhli Beyt (ə.s) tərəfdarlarına və bu terror aktı zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların sağalması üçün dua edir.

Ümumdünya Əhli Beyt (ə.s) Assambleyası”.

Martın 4-də Pakistanın Pişəvər şəhərindəki məsciddə partlayış baş verib. Nəticədə 63 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb. Törədilən cinayətin məsuliyyətini İŞİD öz üzərinə götürüb.