Bakı İslam Uiversitetinin 3350 tələbəsi ilə bağlı hökumətə müraciət ünvanlanıb. Bu barədə martın 9-da APA xəbər verib.

Məlumata görə, tələbələr mövcud təsnifatda olmayan (axund, imam, islamşünas, şəriət müəllimi) ixtisaslar üzrə qəbul edilib. Sözügedən tələbələrə dövlət nümunəli olmayan diplomlar təqdim edilib.

Bildirilib ki, məsələnin həlli üçün qeyd olunan tələbələr aidiyyəti məhkəmə orqanlarına müraciət edə bilərlər.

Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdır. Tədris ocağı Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərib. 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun təsis olunmasından sonra Universitet fəaliyyətini dayandırmışdır.