Ayətullah Seyyid Məhəmməd Cavad Burucerdi Pakistanda törədilən cinayətin günahkarlarının cəzalandırılmaması haqda danışıb. Bu barədə shia-news xəbər verib.

Alimin sözlərinə görə, bu, Pakistan təhlükəsizlik qüvvələrinin təcrübəsində ilk hadisə deyil. Bəs sual yaranır ki, hadisəni törədən adamlar niyə müəyyən edilmir?”, – deyə Ayətullah Burucerdi əlavə edib.

Bundan əlavə, fəqih Pakistan terrorunun Rusiya və Ukrayna münaqişəsi fonunda görünməz qalmasından narazıdır. Seyyid Burucerdi bunun faciə olduğunu və tezliklə günahkarlardan intiqam alınacağını qeyd edib.

Martın 4-də Pakistanın Pişəvər şəhərindəki məsciddə partlayış baş verib. Nəticədə 63 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb. Törədilən cinayətin məsuliyyətini İŞİD öz üzərinə götürüb.