Afqanıstanın yeni hakimiyyəti – Taliban Novruz bayramının qeyd olunmasını İslama zidd hesab edir. Bu barədə shia-news xəbər verib.

Taliban rəsmilərinin sözlərinə görə, İslamda yalnız iki bayram var, bunlar Fitr və Qurban bayramlarıdır. “İslamda Novruz adlı bayram yoxdur”, – Taliban hökümətinin sözcüsü Məhəmməd Rumi deyib.

Buna baxmayaraq, martın 6-da Əfqanıstanın Məzari-Şərif şəhərində Taliban bələdiyyəsi şəhərdə Novruz tədbirləri keçirməyi planlaşdırır.

İslam dininə görə, Fitr və Qurban bayramları dinin ən mühüm bayramları sayılır. Lakin İslam şəriət qanunları ilə ziddiyət təşkil etməyən bayramların qeyd edilməsini qadağan etmir. Belə ki, əsrlər boyunda müsəlmanlar Qədir-xum, Məbəs və Ərəfə kimi günləri qeyd edirlər. Novruzun da qeyd olunması dində haram hesab edilmir, bir şərtlə ki, insanlar fala baxmaq kimi xurafat və haram adətlərdən çəkinsinlər.