Bu həftədən etibarən Bakının Məşədi Dadaş məscidində dini ainlər bərpa olunacaq. Bu barədə martın 8-də məscidin axundu Hacı Şahin Həsənli öz hesabında məlumat verib.

Martın 6-dan Azərbaycanda karantin rejimi yüngülləşdirilib. Buraya məscidlərdə sosial məsafə və insan sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması da daxildir. Belə ki, əvvəllər Cümə namazında məscidin yalnız 50%-i insanla doldurula bilərdisə, indi belə bir tələb yoxdur.