Körfəz Əməkdaşlıq Şurası Pakistan məscidində baş verən hadisəni pisləyib. Bu barədə shia-news xəbər verib.

Şuranın baş katibi Nayif Fallah Pişəvərdə cümə namazı zamanı baş verən terror aktını pisləyərək, şəhid olanların ailələrinə başsağlığı diləyib. Belə ki, partlayışda 56 nəfər həlak olub, 200 yaxın şəxs isə yaralanıb.

Martın 4-də Pakistanın Pişəvər şəhərində cümə namazı vaxtı şiə məscidində partlayış baş verib. Törədilən cinayətin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.