Martın 6-da Qarabağda Şuşa məscidindən azan səsləndirilib. Bu barədə Report xəbər verib.
Azan səsi səsgücləndiricilər vasitəsilə Şuşadan Xankəndi istiqamətində yayımlanıb. Məlumata görə, ibadətə çağırış ermənilərin yaşadığı ərazilərdə də eşidilib.
Bundan əvvəl, fevralın 26-da Şuşada Xocalı qurbanları xatirəsinə azan səsləndirilib.