Martın 4-ü İraqın Kərbəla şəhərində toz fırtınasına görə Kərbəla Səhiyyə İdarəsi 228 boğulma halı qeydə alıb, bir sıra astma xəstələri xəstəxanaya yerləşdirilib. Bu barədə İraqın “Al Sumaria” televiziya kanalı xəbər verib.

Martın 3-ü isə Kərbəlada 150 boğulma halı qeydə alınıb. İraqın digər şəhərlərində də toz fırtınası müşahidə olunur. Bağdad şəhərində xəstəxanaya yerləşdirilən insanların sayı 1500-dən çoxdur.