Mart ayınnın 4-ü Ayətullah Sistani Pakistanın Pişəvər şəhərindəki məsciddə baş verən partlayış ilə bağlı bəyanat yayıb.

Bəyanatın bir hissəsi: “Məsciddə cümə namazı zamanı baş verən və çoxlu sayda günahsız dindarın şəhid olması və yaralanması ilə nəticələnən faciəli hadisə kədərə səbəb olur. Sizə, əzizlərimizə, həlak olanların ailələrinə başsağlığı veririk. Allahdan hamıya səbr, yaralılara şəfalar diləyirik”.

Martın 4-də Pakistanın Pişəvər şəhərində məscid partlayıb. Nəticədə 30 nəfər dünyasını dəyişib, 56 nəfər isə xəsarət alıb.