Martın 3-ü Müsəlman Birliyi Hərəkatının Bərdə rayonu üzrə üzvü Elşən Abbasov saxlanılıb. Bu barədə martın 5-i hərəkatın sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd olunub ki, Elşən Abbasov saat 17:30 radələrində iş yerinin yaxınlığında saxlanılıb. Abbasovun yaxınlarının dövlət orqanlarının işçilərindən əldə etdiyi məlumata görə, hərəkatın üzvü Bakıya aparılıb. Hadisə barəsində hələ başqa məlumat yoxdur.

Elşən Abbasov daha öncə də həbs olunmuşdur.