Tarixdə ilk dəfə Konnektikut Nümayəndələr Palatasına müsəlman hicablı qadın seçilib. Məryəm Xan Vindzor və Hartford ştatlarının 5-ci dairəsində keçirilən seçkilərdə qalib gəlib. Bu barədə CTmirror xəbər verib.

Məlumata görə, Məryəm Xan səslərin 75%-ni qazanıb.

Xan 2017-ci ildən Vindzor Seçki Şurasının üzvüdür və hazırda oranın vitse-prezidenti kimi fəaliyyət göstərir.