Martın 4-ü Gəncənin İmamzadə ziyarətgah kompleksində din xadimlərinin görüşü keçirilib.

Görüşü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkil edib. Orada qarşıda duran vəzifələr və təkliflər müzakirə olunub.

Tədbirdə bölgənin din xadimləri və dini icma sədrləri, o cümlədən DQİDK-nın Gəncə təmsilçisi Həsən Məmmədov, QMİ-nin Gəncə nümayəndəsi Tahir Abbasov, Goranboy rayonu və Naftalan şəhərinin nümayəndəsi Anar Orucov iştirak edib.

Azərbaycanın dini durumu sabit kimi qiymətləndirilib və qeyd olunub ki, ölkədə konfessiyaarası və məzhəblərarası vəhdət mövcuddur.