Martın 22-23-də Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak edəcək. Bu barədə Report xəbər verib.

Tədbirin mövzusu “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlıq” olacaq. Görüşdə, həmçinin islamofobiya, korrupsiya ilə mübarizə və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.