Sabah, martın 5-də Ümumdünya Əhli-Beyt Assambleyası tərəfindən “Şiəliyin Qərbdə yeri” mövzusunda ixtisaslaşmış konfrans keçiriləcək. Bu barədə mehrnews xəbər verib.
Məlumata görə, tədbir höccətulislam vəl-muslimin Seyyid Müqtəda Hüseyni Əbhərinin vəfatının birinci ildönümü münasibəti ilə təşkil olunur. Konfransda Həsən Şocai, Seyyid Əbülhəsən Nəvvab, Həsən Əxtəri, Ayətullah Peyman və digər ruhanilər çıxış edəcəklər. Mərasimdə mərkəzin yeni yaradılmış “Dinlərdə həmrəylik” adlı jurnalının təqdimatı da olacaq.
Hazırda şiəlik bir sıra qərb ölkələrində yayılır. Buraya Braziliya, ABŞ, Kanada və Meksika kimi ölkələri aid etmək olar.