Məscid Masallı rayonunun Təzəkənd kəndində yerləşir. İbadət evi 1990-cı ildə yerli əhali tərəfindən tikilib.

İbadətgahın tutumu 90 nəfər təşkil edir. Məscidin qarşısında dörd tağvari ağ pəncərə və iki giriş qapısı yerləşir. İbadət evinin giriş hissəsində altı dirək üzərində dam artırılıb. İbadətgahın qızılı rəngli bir günbəzi və iki minarəsi var. Günbəzin üstündə dəmirdən “Allah” rəmzi quraşdırılıb. Minarələrin hər ikisi qızılı rəngdədir və üzərilərində Quran ayələri həkk edilib. İbadət zalında dördpilləli taxta minbər yerləşir. Məscidin əsas zalı iki hissədən ibarətdir: qadın və kişi şöbələri.

Masallı rayonu Təzəkənd kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.