Səudiyyə Ərəbistanı qarşıdan gələn ramazan ayında Kəbəni ziyarət edəcək zəvvarlar üçün xidmət planı tərtib edib. Bu barədə shia-news xəbər verib.

Məlumata görə, hökümət küçələrdə nəzarəti artırmağı və zəvvarların qarşılanma tədbirlərinin gücləndirilməsini planlaşdırır. Həmçinin hava limanlarında gözləmə saatlarının azaldılması üzərində işlərə başlanılacaq. Ramazan ayında zəvvarları daşıyan avtobusların sayının artırılması da nəzərdə tutulub.