Daxili İşlər Nazirliyi (DİN) yas mərasimləri təşkil edən şəxslərə xəbərdarlıq edib. Bu barədə martın 2-sində Report məlumat verib.

Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, koronavirus səbəbindən dini ritual xidmətləri, o cümlədən qapalı məkanlarda, mərasim zallarında, çadırlarda yas mərasimlərinin keçirilməsi qadağan olmaqda qalır. Lakin dəfn mərasimləri icazəlidir.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq“,- deyə polis mayoru Elşad Hacıyev bildirib.