Martın 1-də Azərbaycanda bu ilin ilk Ümrə, Kərbəla və Məşhəd ziyarəti baş tutub. 18 günlük ziyarətdən sonra zəvvarlar bu gün öz vətənlərinə geri döyüb. Bu barədə sirat.az xəbər verib.
Zəvvar qrupu fevral ayının 10-da təyyarə ilə yola düşüb. Ziyarətçilər ilk öncə Kəbəni və Peyğəmbər (s) məscidini ziyarət ediblər. Sonra onlar Nəcəf, Kərbəla və Məşhəd hərəmlərində olublar. Səfər din xadimi Hacı Sadiq Sadiqovun müşayiəti ilə baş tutub.