Bu il, iyunun 26-da İngiltərənin Lester şəhərində halal qida sərgisi keçiriləcək. Bu barədə Leicester Mercury xəbər verib.
Tədbirin “Morning Sayd Arena”da baş tutması planlaşdırılır. Məlumata görə, festivala 100-dən artıq sərgi iştirakçısı qatılacaq.
Bundan əlavə, halal qida festivalı bu ilin avqust ayında Mançesterdə də təşkil olunacaq.