Bu gün, fevralın 28-də İmam Əli (ə.s) hərəmində Məbəs bayramına hazırlıq işləri gedir. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Hazırda ziyarətgahın ərazisində Əhli Beyt (ə.s) şüarlı bayraqlar, güllər və müxtəlif bəzək əşyaları yerləşdirilir.

Məbəs günü rəcəb ayının 27-si, yəni martın 1-də qeyd ediləcək. Məbəs Həzrət Məhəmmədin (s) peyğəmbərliyə təyin edildiyi gündür.