Bu gün, fevralın 26-da İndoneziya məscidində Xocalı qurbanları anılıb. Bu barədə Trend xəbər verib.
Tədbir Cakartanın Əl-Əzhər adlı mərkəzi məscidində keçirilib. Məlumata görə, Qarabağ şəhidlərinin ruhlarına namaz qılınıb, onların xatirəsinə göyə hava şarları buraxılıb.
Tədbir İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, İndoneziya Gəncləri Milli Şurası və İndoneziya İƏT Gənclər Forumunun tərəfdaşlığı, Azərbaycanın İndoneziyadakı səfirliyinin dəstəyi ilə baş tutub.