Bu gün, fevralın 26-da Seyyid Əli Sistaninin Avropadakı nümayəndəliyi İmam Museyi-Kazimin (ə.s) şəhadəti ilə əlaqədar məclis keçirəcək. Tədbir axşam saat 7-də İngiltərənin London şəhərində baş tutacaq. Bu barədə najaf.org xəbər verib.

Məlumata görə, mərasimdə Quran qiraət, əzadarlıq və ehsan süfrəsi təşkil olunacaq.

İmam Museyi-Kazimin (ə.s) şəhadəti rəcəb ayının 25-dir. Azərbaycanda bu tarix fevralın 27-nə təsadüf edir.