Azərbaycanda dini qurumlar verilən ianələri artıq elektron qaydada qəbul edəcək. Qərar fevralın 25-də Milli Məclisin III oxunuşunda qəbul edilib. Bu barədə Oxu.Az xəbər verib.
Yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsində öz əksini tapacaq. Məlumata görə, insanlar könüllü şəkildə nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə ianələr üçün müraciət edə bilərlər.