Bu gün, fevralın 25-də Milli Məclisin deputatları Bakıda Şəhidlər xiyabanında Xocalı faciəsinə aid abidənin ucaldılmasını təklif ediblər. Bu barədə APA xəbər verib.

“Protokola əsasən, gələn qonaqlar Şəhidlər xiyabanını ziyarət edir. Belə abidənin orada olması gələnlərin daha çox məlumat almasına səbəb olar”, – deyə millət vəkili Qənirə Paşayeva bildirib. Deputat Fəzail Ağamalı isə, Xocalı ilə bağlı əlavə bir parkın salınması təklifini irəli sürüb.

Xocalı soyqırımına dünya üzrə 6 ölkədə 9-dan çox abidə ucaldılıb. Xocalıya aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunub. Lakin 2008-ci ildə sözügedən abidə yeni “Ana Harayı” adlı heykəl ilə əvəz olunub.