Hindistan bankı hicablı qadınlara öz hesablarından pul çıxarmağa icazə verməyib. Bu barədə fevralın 24-də ABNA xəbər verib.
Məlumata görə, bank hindistanlı qızlardan birinə bankdan pul əldə etməsi üçün hicabını çıxarması şərtini qoyub. Müsəlman qız əvvəllər rahat şəkildə pul əldə etdiyini söyləyib. Lakin bank ona xidmət göstərməkdən imtina edib.
Qız və onun atası etiraz edərək, bankın bu tələbinə dair rəsmi bildiriş istəyirblər. Üstəlik maliyyə qurumunun sözügedən davranışları barədə polisə şikayət ediləcəyi də bildirilib.
Son günlər Hindistanın Karnataka bölgəsində hicaba qarşı aksiyalar keçirilir, hicablı qadınlar isə təqib olunur. Belə ki, hindular məktəbdə şagird və müəllimləri hicabı çıxarmağa məcbur edirlər.