Bu gün, fevralın 25-də Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması haqqında qanun dəyişikliyini qəbul edib. Qərar parlamentin III oxunuşunda öz təsdiqini tapıb. Bu barədə Report xəbər verib.
Məlumata görə, yeni qərar “Dini etiqad azadlığı haqqında” qanunun 12-ci maddəsində əks olunacaq.
Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.