Bu gün, fevralın 25-də Milli Məclisdə məscidlərə din xadimi təyin edilməsi səlahiyyətinin QMİ-dən alınması haqda qanun layihəsi qəbul edilib. Bu barədə Report xəbər verib.
“Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik parlamentin III oxunuşuna çıxarılıb. Nəticədə qanun layihəsinin icrasına deputatlar tərəfindən razılıq verilib. Parlamentin üç oxunuşundan sonra, sözügedən dəyişikliklər prezident tərəfindən qəbul olunsa, qərar qüvvəyə minəcək.
Bundan öncə isə Azərbaycanda məscidlərə axundları müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə QMİ təyin edirdi. Din xadimlərinin attestasiyası da məhz QMİ tərəfindən keçirilirdi.