Maldiv adalarının Prezident aparatı Male şəhərindəki yeni məscidin açılışının Ramazan ayında baş tutacağını bildirib. Bu barədə Avas.mv xəbər verib.

Məscidin inşası 2017-ci ilin fevral ayında başlanıb. İbadətgahın tikintisi 24,9 milyon dollara başa gəlib. Məscid altı mərtəbədən ibarətdir və 4 liftə malikdir, ümumi sahəsi 41 500 kvadratmetrdir, eyni anda 10 000 nəfərin ibadəti mümkündür, qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir.